XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 June 2018 - 17:09

Jurnalistlərə insan hüquqları sahəsində təlim keçiriləcək

 

İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Jurnalistlərin insan hüquqları sahəsində bilik və bacarıqlarının artırılmasına yardım göstərilməsi” layihəsini həyata keçirir.

Layihə KİV-in insan hüquqlarının qorunmasında rolunun gücləndirilməsi, KİV-in fəaliyyətində insan hüquqlarının qorunması probemlərinin həllinə  maarifçilik tədbirləri vasitəsilə yardım göstərilməsini nəzərdə tutur.

Layihə çərçivəsində  20  nəfər jurnalist üçün “İnsan hüquqlarının qorunmasında KİV-in rolu” mövzusunda təlim keçiriləcək.  Bu mövzuda  2 təlim keçirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində “KİV-in insan hüquqlarının  qorunması” adlı kitabça hazırlanacaq.  Kitabçada KİV-in fəaliyyətində insan hüquqlarının qorunması və KİV-in insan hüquqlarının qorunmasında rolu ilə bağlı müxtəlif aspektlər əhatə ediləcək. Kitabça jurnalistlər üçün bələdçi rolunu oynamaqla, onları istiqamətləndirməyə xidmət edəcək.