XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2016 - 12:28

Sultanahmetdəki “canlı bomba” jurnalistin qohumu imiş – İlginc faktlar

sultanahmed-aksiyaİstanbulun mərkəzində Sultanahmet meydanında terror hadisəsini törədən “canlı bomba” məşhur jurnalistin qohumu imiş.

Türkiyə mətbuatı xəbər verir ki, “canlı bomba” Nabil Fadlinin Türkiyədə bir çox qəzetdə köşə yazarlığı edən Hüsnü Mahallinin yaxın qohumu olduğu müəyyənləşib.

Suriyadakı Barak tayfasına mənsub olan Hüsnü Mahalli ilə Nabil Fadlinin ataları əmi uşaqlarıdır. Hüsnü Mahallinin digər əmisi oğlu Arif Mahalli isə İŞİD terror qruplaşmasının üzvüdür. Mahallinin bacısı da İŞİD-in qadın qruplaşmasının əsas liderlərindən biridir.

Nabil Fadlinin digər qohumları isə Suriyanın müxtəlif bölgələrində yaşayır. Nabil Fadlinin atası Abdullatif Fadli uzun illər Səudiyyə Ərəbistanında yaşadıqdan sonra 15 il əvvəl Suriyaya geri dönüb. Nabil Fadli vətəndaş müharibəsinin başlamasından sonra Azad Suriya tərəfə keçib. Burada iki il döyüşdükdən sonra İŞİD terror qruplaşmasının üzvü olub.

Aznews.az