XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

18 İyul 2018 - 10:46

ATƏT-in regional media konfransı keçirilir- Tbilisidə

İyulun 18-də Tbilisidə ATƏT-in Media Azadlıqları Ofisinin təskilatçılığı və Almaniya hökumətinin maliyyə dəstəyi ilə “Regional media azadlığı” adlı növbəti beynəlxalq konfrans işə başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, iki gün davam edəcək iclasda əsasən media azadlığının əsas prinsipləri, bu sahədə duran əsas vəzifələr, jurnalistlərin təhlükəsizliyi, jurnalist etikası, cəmiyyətə dəqiq, qərəzsiz və dolğun informasiyaların çatdırılmasında jurnalistlərin üzərinə düşən vəzifələr və s. məsələlər müzakirə olunacaq.

Konfransda iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhməri Hikmət Hacıyev “Report”un Gürcüstan bürosuna müsahibəsində deyib ki, konfransda Azərbaycanda media azadlığı, KİV-in inkişafı istiqamətində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat veriləcək.

Bundan başqa, konfransda mətbuat azadlığından sui-istifadə halları, media azadlığı pərdəsi arxasında ATƏT -ə üz dövlətlərə, o cümlədən Azərbaycana qarşı qərəzli dezinformasiya və kampaniyaların aparılması məsələləri diqqət mərkəzində olacaq.

Konfransda Azərbaycan, Gürcüstan, Ermənistan və digər ölkələrin dövlət və hökumət rəsmiləri, deputatlar, media nümayəndələri iştirak edirlər.