XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 July 2018 - 12:10

Vüqar Səfərli:"KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna indiyədək 35 milyon manat ayrılıb"

Bu günə qədər Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 35 milyon manat ayrılıb.

Trend-in məlumatına görə, bunu Fondun rəhbəri Vüqar Səfərli bildirib.

V.Səfərli qeyd edib ki, həmin vəsait hesabına mətbuat orqanları inkişaf etdirilib, redaksiyalar yüksək texnologiyalarla təmin olunub:

“Bu gün artıq demək olar ki, hər bir jurnalistin şəxsi noutbuku var. Halbuki vaxtilə redaksiyalarda kompüter çatışmazlığı var idi. Avadanlıqlar istifadəyə yarasız idi”.