XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Avqust 2018 - 14:37

“İşgəncə izi yoxdur, ancaq…” –Zaxarova azərbaycanlı jurnalistin qətlindən danışdı

“Mərkəzi Afrika Respublikasında (MAR) yerli həkimlər rusiyalı jurnalistlərin cəsədlərində işgəncə əlamətləri aşkar etməyiblər, ancaq odlu silah yaraları tapılıb”.

Bunu Rusiya Xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

Zaxarova bu barədə Rusiyanın MAR-dakı səfirliyinin məlumatlandırıldığını bildirib.

Mariya Zaxarova qurbanların yaxınlarına lazımi yardımın ediləcəyini bildirib.

Rusiya Federasiyasının İstintaq Komitəsi hadisə ilə əlaqədar cinayət işi açıb.

Qeyd edək ki, iyulun 31-də azərbaycanlı jurnalist Orxan Camalın da olduğu daha 2 rusiyalı jurnalist Kirill Radçenko və Aleksandr Rastorquyev MAR-da qətlə yetiriliblər.

Jurnalistlər MAR-a sənədli film çəkilişləri üçün getmişdilər/Teleqraf.com.