XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

23 Aprel 2015 - 05:06

ABŞ səfirliyindən iqtidar qəzetlərinə cavab

ABŞ səfirliyindən iqtidar qəzetlərinə cavab

“Xarici hökumətlərin hadisələri şərh etməsini ABŞ-ın daxili işlərinə müdaxilə kimi qiymətləndirmirik”

Son günlər Azərbaycanın rəsmi mediasında Amerika prezidenti, dövlət katibi, bu ölkədə insan hüquqları və korrupsiya ilə bağlı kəskin ittihamedici məqalələr dərc edilir.Bununla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın Səsinin sualına cavab verib.
Cavabda deyilir:
“Amerika Birləşmiş Ştatları dünyanın müxtəlif ölkələrində cərayan edən olayları yaxından izləyir və müntəzəm olaraq narahatlıq doğuran məsələlər barədə məlumatı həm özəl görüşlər vaxtı, həm də ictimayyətlə açiq şəkildə paylaşır. Biz dialoqu, fikir mübadiləsini və əsaslandırılmış tənqidi alqışlayırıq. Həmçinin, biz digər xarici hökumətlərin Birləşmiş Ştatlarda baş verən hadisələri izləmək və ya şərh etmək fəaliyyətini ABŞ-ın daxili işlərinə müdaxilə kimi qiymətləndirmirik”, deyə səfirlik cavabda bildirir.
Xatırladaq ki, dövlət qəzeti “Azərbyacan” və rəsmi “Xalq qəzeti” ABŞ və qərb dövlətinin kəskin tənqidi yer almış ittihamedici məqalələr dərc etməkdədir (“Amerikanın səsi”).