XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

07 Avqust 2018 - 19:04

Daha bir sayt bloklandı –Məhkəmə qərarıyla

Səbail Rayon Məhkəməsi “az24saat.org” xəbər saytının bloklanmasına qərar verib.

Strateq.az Turan-a istinadla xəbər verir ki, qərarı bu gün – avqusun 7-də Səbail rayon Məhkəməsinin hakimi Şahin Abdullayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin müraciəti əsasında qəbul edib.

Bu haqda saytın rəhbəri Vuqar Qurdqanlı məlumat verib. O və vəkilləri məhkəmədən xahiş ediblər ki, nazirliyin müraciəti ilə daha detallı tanış olmalarına imkan yaradılsın. Ancaq məhkəmə prosesin başqa vaxta ertələnməsinə razı olmayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhkəmədə iştirak edən nümayəndələri sözügedən saytın böhtan məzmunlu, qərəzli yazılar yadığını bildiriblər.

Məhkəmə yekunda “az24saat.org” xəbər saytına müraciətin məhdudlaşdırılmasına qərar verib. Sayt rəhbərliyi qərardan yuxarı məhkəməyə şikayət edəcəyini bildirib.