XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

07 Avqust 2018 - 20:35

 “CBC Sport” telekanalı 4 mühüm yarışın teleyayım hüququnu aldı –Açıqlama

“CBC Sport” telekanalı 4 mühüm yarışın teleyayım hüququna yiyələnib.

Telekanaldan verilən məlumata görə, bunlar Çempionlar Liqası, Avropa Liqası, UEFA Millətlər Liqası və İspaniya La Liqasıdır.

Bundan başqa, telekanal avqustun 15-də Estoniyanın paytaxtı Tallində İspaniyanın “Real Madrid” və “Atletiko” komandaları arasında keçiriləcək UEFA Super Kuboku uğrunda görüşü də yayımlayacaq. Müqavilə 2018-2019 mövsümündən qüvvəyə minəcək.

Telekanaldan həmçinin bildirilib ki, “CBC Sport” daha bir neçə mühüm yarışın yayım hüququ ilə bağlı yaxın vaxtlarda müqavilələr imzalayacaq.

Qeyd edək ki, bunadək avrokubokların qrup mərhələsinin oyunları və La Liqanı “İdman Azərbaycan” yayımlayıb. Millətlər Liqası isə yeni yarışdır və sentyabrdan start götürəcək/Report.