XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

04 Mart 2015 - 05:25

Jurnalist “Unibank”ı məhkəməyə verəcək – “Albalı” kartı “dondurulub”
Jurnalist Aynur Elgünəş “Unibank”ı məhkəməyə verəcək. Səbəb isə sözügüdən bankın Mərkəzi Bankın 21 fevral qərarından sonra ona məxsus “Albalı” kartı ilə bağlı atdığı anlaşılmaz addım olub.
Strateq.az xəbər verir ki, bu barədə jurnalist Facebook-da status yazıb. Onun statusunu olduğu kimi təqdim edirik:
“”Unibank”ı məhkəməyə verməyə hazırlaşıram. Bankla aramızda bağladığımız müqaviləni pozmadığım, krediti vaxtında ödədiyim halda heç bir səbəb göstərilmədən “Albalı” kartlarım dondurulub. Səbəbini araşdırmaq məqsədilə dekabrın əvvəlində bankın mərkəzi ofisinə getdim, dinlədilər, dedilər ki, yazılı şəkildə müraciət edin, cavablandıraq. Elə ordaca informasiya sorğusu ilə müraciət etdim və qəbul şöbəsinə təqdim etdim. Lakin bu günə qədər sorğuma cavab ala bilməmişəm. Dəfələrlə bankın 117 saylı telefonuna zəng edib sorğuma cavab istəmişəm, hər dəfə də deyilir ki, narahat olmayın, cavablandırılacaq.
Görünür, “Unibank” rəhbərliyinin başı hələ oğlunun qumar masasından udduğu pulları saymağa qarışıb, ya da ümumiyyətlə, informasiya sorğusuna neçə gün ərzində cavab vermək gərəkdiyini bilmir. Belə düşünürəm ki, bunu ona məhkəmə ilə anlatsam, yaxşı olar.
Anlayıram, çoxuna bu, yel deyirmanı ilə vuruşmaq kimi görünəcək. Amma mən də “taleyin işidi” deyib razılaşanlardan deyiləm, vuruşmağı və tutduğunu qopartmağı sevirəm. Ona görə də tezliklə “Unibank”la məhkəmədə görüşəcəm. Hətta təklif edirəm ki, mənim kimi problemlə üzləşənlər banklara qarşı birləşək!”.