XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

30 Avqust 2018 - 18:15

Əflatun Amaşov APA-nın bağlanması haqda:“Ruhdan düşməməyə çağırıram”

“APA peşəsinə sadiq jurnalistlərin toplaşdığı yaradıcılıq məkanı idi. Onun fəaliyyətini dayandırması üzücüdur, təəssüf doğurur. Bu media qurumunda çalışmış həmkarlarımızı, dostlarımızı ruhdan düşməməyə çağırıram”.

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov “Azəri-Press Agentliyi”nin (APA) fəalyyətini rəsmən dayandırdırmasına münasibət bildirərkən qeyd edib.

“Əminəm ki, jurnalistikamızın inkişafı naminə onlar özlərinin peşəkar fəaliyyətlərini davam etdirəcəklər. Hər birinə uğurlar arzulayıram. Bir daha təəssüf edirəm”, – deyə Ə.Amaşov bildirib.

“APA Holding” MMC-nin rəhbəri Vüsalə Mahirqızı bu gün bəyan edib ki, şirkətə daxil olan saytlar, o cümlədən APA İnformasiya Agentliyi fəalyyətini rəsmən dayandırıb.