XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2018 - 22:21

Amerikalılar “Facebook”dan imtina edir –İlginc səbəb

Amerikada hər dörd nəfərdən biri telefonundan “Facebook” sosial şəbəkəsini silib.

Belə ki, fərdi məlumatların kənara sızdırılması faktından sonra nüfuzu korlanmış “Facebook” kompaniyasına ABŞ-da inam azalıb.

26 faiz smartfon istifadəçisi “Facebook” tətbiqini telefonundan silib. “Biznes Insider” mərkəzinin apardığı araşdırmaya görə, telefon istifadəçilərinin 26 faizi “facebook”u silib, 42 faiz yalnız xəbərləri yoxlamaq üçün tətbiqi saxlayıb. Digər istifadəçilər isə parollarını dəyişib, şübhəli səhifələrdən çıxıblar.

ABŞ-da keçirilmiş prezident seçkiləri zamanı “Facebool” fərdi istifadəçilər haqqında məlumatları “Cambridge Analytica” şirkətinə göndərməklə milyonlarla insanın hüquqlarını kobud şəkildə pozub. Bu olaydan sonra koorporasiyanın nüfuzu xeyli aşağı düşüb/Teleqraf.com.