XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 13:07

Siyavuş Novruzov: “Seçkidə icazsiz iştirak etmiş 3 YAP-çı öz səhvlərini etiraf etdilər”

siyavush-1Yeni Azərbaycan Partiyası (YAP) V çağırış Milli Məclisə keçirilmiş seçkilərdə partiyanın icazəsi olmadan iştirak etmiş üzvləri ilə bağlı qərarını verib.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Trend-ə deyib ki, belə üzvlərin sayı 53 nəfər idi: “Onlardan 50-si müəyyən söhbətlər aparılandan sonra namizədliklərini geri götürdü. 3 nəfər isə seçkilərdə iştirak etdi. Sonradan həmin üzvlərlə təmsil olunduqları rayon təşkilatları tərəfindən söhbət aparıldı və onlar da öz səhvlərini etiraf etdilər”.

S.Novruzovun sözlərinə görə, rayon təşkilatları tərəfindən həmin üzvlərə ciddi xəbərdarlıq olundu ki, bu cür hallar təkrarlanmasın və bununla da məsələ yekunlaşdı.