XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2018 - 22:55

Ərəb koalisiyası Yəməndə radio binasını bombaladı –Ölənlər var

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin qərbində yerləşən Hodeyda şəhərində radiostansiya binasına endirdiyi hava zərbələri nəticəsində 4 nəfər həyatını itirib.

Bu barədə yerli “Al-Masira” telekanalı məlumat yayıb.

Bildirilir ki, ölənlərdən üçü mühafizəçi, biri isə radio əməkdaşıdır. Məlumata görə, koalisiya təyyarələri bina ətrafında keşik çəkərək “təcili yardım” həkimlərinin binaya yaxınlaşmasına imkan verməyiblər.

Ərəb koalisiyası Yəmən tərəfinin yaydığı məlumata hələ ki, münasibət bildirməyib/Report.