XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2018 - 17:30

Professor İlham Rəhimovun həmmüəllif olduğu kitab çapdan çıxıb –Rusiyada

Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun həmmüəllifliyi ilə Sankt-Peterburqun “Юридический центр” nəşriyyatı tərəfindən rus dilində “Терроризм в России и мире на современном этапе” (Müasir mərhələdə Rusiyada və dünyada terrorçuluq)  adlı kitab çapdan çıxıb.

Strateq.az xəbər verir ki, kitabın digər həmmüəllifləri – hüquq elmləri doktoru, professor, “Antimafiya” fondunun birinci vitse-prezidenti Qolik Yuri Vladimiroviç, hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar elm xadimi Korobeyev Aleksandr İvanoviç və hüquq elmləri doktoru, professor Lobaç Dmitri Vladimiroviçdir.

Qeyd edək ki, kitab müasir mərhələdə Rusiyada və dünyada terrorçuluq: ümumi kriminoloji xarakteristika və siyasi-hüquqi cavab tədbirlərinin vəziyyətinə dair analitik məruzədən ibarətdir və Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının oktyabrın 8-də  “Beynəlxalq  terrorizm və müasir şəraitdə ona qarşı mübarizəmövzusunda keçirdiyi beynəlxalq konfransa həsr olunub.