XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

11 Fevral 2016 - 14:51

Leyla və Arif Yunusu ölkədən çıxmağa qoymadılar

leyla-arif-yunus-300x227Yasamal Rayon Məhkəməsi hüquq müdafiəçiləri Leyla Yunus və Arif Yunusun müalicə üçün xaricə getməsinə icazə verməyib.

Bu haqda AzadlıqRadiosuna Yunusların vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, Leyla Yunus xroniki hepatit, arterial hipertenziya və şəkərli diabet xəstəliklərindən əziyyət çəkir. Bundan başqa, öd kisəsindəki daş pankreatit fəsadlarla şiddətli qarın ağrılarına səbəb olur. Bu da xəstənin təcili əməliyyat olunması zərurəti yaradıb. Arif Yunus isə həyati təhlükəli arterial hipertenziya və boyun nahiyəsində ağrılardan əziyyət çəkir. Ekspert rəyinə əsasən, Yunusların yüksək ixtisaslaşmış xəstəxana şəraitində müalicəsinə ehtiyac var.

Barələrindəki məhkəmə hökmü ölkə hüdudlarından kənara çıxmalarına icazə vermədiyindən Yunuslar Yasamal məhkəməsinə ərizə ilə müraciət ediblər. Məhkəmə fevralın 11-də ərizəni rədd edib.

Vəkil məhkəmənin qərarının qanunsuz olduğunu, apellyasiya şikayəti verəcəklərini bildirib.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunaraq həbs edilmişdilər. Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum etmişdi. Bakı Apellyasiya Məhkəməsi isə Yunusların azadlıqdan məhrumetmə cəzalarını 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edərək, onları sərbəst buraxmışdı.

Leyla və Arif Yunus ictimai fəaliyyətləri, hökuməti tənqid etdikləri üçün həbs olunduqlarını deyirdilər.