XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 09:53

 ABŞ səfiri Araz Əzimova cavab verib:“Başa düşün ki, münaqişənin hərbi həlli mümkün deyil”

atet abs cefirABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer fevralın 11-də Vyanada ATƏT-in Daimi Şurasının iclasında ATƏT MQ-nin işini tənqid etmiş Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun iradlarına cavab verib.

ABŞ MQ həmsədrlərinin narahatlığına şərikdir və Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində ağır silahın tətbiqini pisləyir. Tərəflər başa düşməlidirlər ki, münaqişənin hərbi həlli yolu yoxdur. “Biz həmsdərlərin tərəflərə gərginliyin azaldılması və mülki əhalinin həyatının müdafiəsi üzrə təcili tədbirlər görmək çağırışlarını dəstəkləyirik”, deyə Bayer qeyd edib. (Turan)

Daha sonra o, Əzimovun QHT-lərin insan hüquqları mövzusundan maliyyə mənfəəti üçün istifadə etdikləri və insan hüquqları sahəsində vəziyyətin pisləşdiyini iddia etdikləri ilə bağlı iradlarına reaksiya verib.

“Biz hökuməti beynəlxalq öhdəliklərinə və vəzifələrinə uyğun olaraq, bütün vətəndaşların insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə və onları qorumağa çağırırıq. Bu, Azərbaycanın hərtərəfli təhlükəsizliyinə nail olmaqdan ayrı tutula bilməz”, deyə Bayer bildirib.

“ABŞ ATƏT-in Bakı ofisinin bağlanmasına təəssüf edir və ümid edir ki, bu, müvəqqətidir, çünki bu iştirak qanunçuluğun, insan hüquqlarının möhkəmlənməsi və transmilli təhlükələrə qarşı mübarizə məsələləri üzrə əməkdaşlığa və işə şərait yarada bilərdir”, deyə Bayer qeyd edib.