XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

07 Oktyabr 2018 - 18:45

İstanbulda yoxa çıxan “Washington Post”un köşə yazarı ilə bağlı müəmma –Jurnalist öldürülüb, yoxsa...?

Xəbər verildiyi kimi, “Washington Post” qəzetinin köşə yazarı, Səudiyyə Ərəbistanı əsilli Cemal Kaşıkçı İstanbulda itkin düşüb.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, jurnalist evli olmadığına dair arayış almaq üçün nişanlısı ilə birlikdə oktyabrın 2-də Səudiyyə Ərəbistanı Krallığının İstanbuldakı Baş Konsulluğunun inzibati binasına daxil olub və 5 saat ərzində oradan çıxmayıb.

5 saat konsulluğun qarşısında gözləyən nişanlısı müddətin uzanmasından narahat olaraq, konsulluqdan jurnalisti soruşub və bu zaman ona deyilib ki, Cəmal Kaşıkçı guya binanı çoxdan tərk edib. Məhz bundan sonra nişanlısı həyəcanla məlumat yayıb. Bundan sonra isə Türkiyə hüquq-mühafizə orqanları hərəkətə keçiblər.

Jurnalistin müəmmalı şəkildə yoxa çıxmasından sonra  Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib. O, deyib ki, polis bütün imkanları ilə olayı aydınlaşdırmaqda qətiyyətlidir.

“Röyter” agentliyi isə xəbər yayıb ki, jurnalist İstanbuldakı konsulluq binasında öldürülüb və cəsəd konsulluq binasından çıxarılaraq harasa aparılıb.

Diqqətçəkən bir məlumat isə odur ki, türk polisi 26 maşınla konsulluğu daimi nəzarətdə saxlayır. Oradan çıxan maşınların hara getdiyi, nə daşıdığı izlənilir.

Maraqlıdır ki, hadisə ilə bağlı Səudiyya vəlihədi də açıqlama verib. O, Türkiyə polisinə konsulluğa baxış keçirməyə imkan yaratmağa hazır olduqlarını deyib.

Bu gün isə 4 lüks maşınla İstanbuldakı konsulluğa gələn Səudiyyəli polislər 2 saata yaxın binada qalıb. Daha sonra isə onlar heç bir açıqlama vermədən diplomatik maşınlarla binanı tərk ediblər.

Bu arada isə Türkiyə prezidenti Ərdoğan  ölkəsində belə bir hadisənin baş verməsindən təəssüfləndiklərini bəyan edərək,  jurnalistin tapılması istiqamətində gərəkən bütün addımları atacaqlarını deyib.

Ərdoğan deyib ki, jurnalistin axtarışı ilə bağlı ölkənin bütün gömrük-keçid məntəqələri nəzarətə götürülüb.