XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

09 Oktyabr 2018 - 13:26

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri jurnalistin öldürülməsini təkzib etdi:"Bu xəbər tamam əsassızdır"

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Xalid bin Əbdüləziz Türkiyədə jurnalist Camal Qaşıqçının öldürülməsi barədə xəbərləri təkzib edib.

“RİA Novosti” xəbər verir ki, jurnalistin itkin düşməsi, saxlanılması, yaxud qətlə yetirilməsi barədəki xəbərlərin tamamilə səhv və əsassız olduğunu vurğulayan diplomat İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunun hadisənin araşdırılmasında yerli hakimiyyətlə əməkdaşlıq etdiyini, Səudiyyə hökumətinin Türkiyə tərəfi ilə birgə araşdırma aparmaq üçün  təhlükəsizlik üzrə əməkdaşlar ezam etdiyini vurğulayıb.

Daha əvvəl ”Washington Post” Türkiyə polisinin məlumatına əsasən, Səudiyyə Ərəbistanından sırf müxalifətçi jurnalisti öldürmək üçün 15 nəfərlik xüsusi qrupun Türkiyəyə gəldiyini yazmışdı. ABŞ hökuməti isə Səudiyyə Ərəbistanı tərəfini jurnalistin yoxa çıxması ilə bağlı hərtərəfli araşdırma aparmağa çağırıb.

Bununla yanaşı, jurnalistin Səudiyyə Ərəbistanı konsulluğuna girib yoxa çıxması ilə əlaqədar bu ölkənin səfiri Türkiyə XİN-ə çağırılmış və ondan konsulluq binasında axtarış aparmaq üçün müvafiq icazə tələb edilmişdi. Bununla yanaşı, Türkiyə KİV “Washington Post”un müxbiri olan C.Xaşoginin (Qaşıqçının) İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğuna gəlişini əks etdirən görüntüləri dərc etmişdi/Report.