XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

26 Aprel 2015 - 06:51

Maraqlı bilgilər

Namik Mantaş Qax şəhərində yaşayır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsini bitirib. Vaxtaşırı mətbuatda maraqlı araşdırma yazılarla çıxış edir. O, bu yaxınlarda “Coğrafiyadan 222 maraqlı məlumat” adlı kitab hazırlayıb. Adından da göründüyü kimi, kitabda geniş oxucu kütləsinə bəlli olmayan, yaşadığımız dünyanın coğrafiyasına aid maraqlı bilgilər toplanıb. Müəllif bu kitabı hazırlarkən Azərbaycan, rus və Avropa qaynaqlarından istifadə edib. Oxucular üçün maraqlı ola biləcəyini nəzərə alıb, kitabda gedən bilgiləri “Maraqlı bilgilər” başlığı altında hissə-hissə strateq.az saytının oxucularına təqdim etdirik:

1. Günəş sisteminin ikinci planeti olan Venerada Günəş il ərzində iki dəfə doğur, iki dəfə də batır.

2. Yerin forması əslində nə kürə, nə sferoid, nə də geoid formasındadır. Yerin forması bir qədər armudaoxşardır.

3.Braziliyanın bayrağında göstərilən ulduzların yerləşmə forması 1889-cu il 15 noyabrda Rio-de-Jeneyro səmasındakı ulduzların yerləşmə formasıdır. Bu tarix isə Braziliyanın müstəqillik günüdür.

4. Qədim Qondvana qurusunun adı Hindistandakı tarixi Qondvana əyalətinin adından götürülmüşdür.

5. Qitələr arasında ümumi sahədən adaların və yarımadaların payına görə Avropa öndədir:39%.

6. Materiklərdən təkcə Şimali Amerikanın cənub ucqar burnu yoxdur.

7. Yerin Ay ilə bilikdə 11 muxtəlif hərəkəti var.

8. Yer öz oxu ətrafında firlanan zaman ekvatordakı nöqtə 464 m/saniyə ilə, 65˚enlikdəki nöqtə isə 195 m/saniyə ilə hərəkət edir.

9. Havanın temperaturunu Yer səthindən 2 metr yuxarıda ölçürlər.