XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

18 Oktyabr 2018 - 16:57

Jurnalisti öldürməkdə şübhəli bilinən şəxs Almaniyadan ekstradisiya edildi –Krasimirov özünü təqsirkar bilmir

Bolqarıstanlı jurnalist Viktoriya Marinovanı qətlə yetirməkdə şübhəli bilinən Severin Krasimirov Almaniya tərəfindən ekstradisiya edilib.

“Kommersant” xəbər verir ki, bu barədə Bolqarıstan Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Ötən həftə Almaniyanın Ştad şəhərində həbs olunan bolqarıstanlı S.Krasimirov özünü təqsirkar bilməyib.

Qeyd edək ki, qətl hadisəsindən az sonra eyni ittihamla həbs edilən bir Rumıniya vətəndaşı sonradan azad edilmişdi.

İttiham sübuta yetirilsə, S.Krasimirov vaxtından əvvəl buraxılmamaq şərtilə ömürlük həbs cəzasına məhkum edilə bilər/Report.