XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

26 Aprel 2015 - 10:33

Yaqub Məmmədovun müsahibəsi niyə efirə verilməyib?

Rusiya hakimiyyətinin ermənipərəstliyi həmin ölkənin mediasına da sirayət edib. Bu, özünü daha çox Qarabağın işğalı dönəmində göstərirdi. 1992-ci ilin mart-may aylarında Azərbaycan prezidenti səlahiyyətlərini icra etmiş Yaqub Məmnədovla onun xarici mətbuatla ünsiyyəti barədə söhbətimiz zamanı maraqlı bir fakt aşkarlandı.

1992-ci ilin martın əvvəllərində Rusiyannın məşhur “ORT” telekanalının əməkdaşı Tatyana Mitkova (hazırda “NTV” telekanalının informasiya departamentinin rəhbəridir) Azərbaycanın dövlət başçısından ölkədəki ictimai-siyasi vəziyyət və ermənilərlə savaşlar haqda müsahibə götürüb. Sabiq spikerin sözlərinə görə, bir neçə gün sonra “ORT”-nin “Vremya” xəbərlər proqramının əvvəlində həmin müsahibənin anonsu verilsə də, material özü nədənsə efirdə yayımlanmadı. “Deməli, hansısa qüvvələrin təsiri ilə bunun qarşısı alınıb” –söyləyən Y.Məmmmədov “Burada yəqin ki, erməni barmağı olub?” sualımıza cavabında belə dedi: “Mən ermənilərdən çox öz aramızdakı mənim hakimiyyətdə möhkəmlənməyimi istəməyən kürsü hərislərindən şübhələnirəm. çünki həmin müsahibənin efirə getməyi siyasi karyerama, hakimiyyətimin möhkəmlənməsinə müsbət təsir göstərə bilərdi. Orada Azərbaycanda rus dilinə, rusdilli əhaliyə xoş münasibətdən, Rusiya ilə əlaqələrin perspektivindən də bəhs etmişdim…”

Xatırladaq ki, hələ 1992-ci ili fevralında “ORT”nin “Vremya” proqramında Şuşanın Quşçular və Malıbəyli kəndlərinin “erməni özünümüdafiə dəstələri tərəfindən azad olunması” barədə xəbər verən həmin Tatyana Mitkova sevinclə belə bir ifadə işlətmişdi:”Doroqa k Şuşe otkrıta!” (“Şuşaya yol açıqdır!”)… (hafta.az)