XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

23 Oktyabr 2018 - 15:27

Azərbaycanda yeni kanal yaradılır –Gənclərlə bağlı

Azərbaycanda internet televizisiyası məkanında gənclər kanalının yaradılması nəzərdə tutulur.

Bu, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin zərfində öz əksini tapıb.

Layihəyə əsasən, “e-gənclik” elektron xidmət və informasiya portalı resursunun yaradılması planlaşdırılır. Eyni zamanda, 2019-2022-ci illərdə istedadlı və yaradıcı gənclərin əməyinin stimullaşdırılması, gənclər üçün aktual olan məsələlərin həlli, gənclərin qeyri-hökumət təşkilatlarının işində iştirakını stimullaşdırılması gənclər siyasətinin əsas istiqamətlərindən olacaq/Trend.