Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna məxsus avtomobildə jurnalist Camal Xaşuqciyə məxsus olduğu güman edilən əşyalar tapılıb.
“CNN Türk” xəbər verir ki, xüsusi təlim keçmiş itlərin yardımı ilə aparılan ilkin axtarış zamanı polis iki çantada şəxsi əşyalar, kompüter və sənədlər aşkar edib.
Sabah daha ətraflı axtarış aparmaq nəzərdə tutulur/Report.