XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 16:10

Prokuror baş redaktora 5 il iş istədi –Hakim prosesi təxirə saldı

"Gündəm xəbər" qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfəri ilə bağlı bu gün keçirilən məhkəmə prosesində qərar elan edilməyib.

Bu barədə qəzetdən Strateq.az-a verilən məlumatda bildirilir ki, Yasamal rayon Məhkəməsində Hüseyn Səfərovun sədirliyi ilə keçirilən məhkəmə prosesi artıq özünün arzuolunmaz sonluğuna yaxınlaşır:

"Vergilər Nazirliyinin Şirin Cəfəri barəsində tərtib etdiyi olduqca əsassız cərimə – 71.428 manat qəzeti və baş redaktoru çıxılmaz duruma salıb. Artıq xeyli müddətdir bununla bağlı məhkəmə prosesi gedir.

Bu gün isə Şirin Cəfərinin vəkili Zaur Niftəliyev xəstə olduğu üçün prosesə qatıla bilmədi. Ona görə də hakim Hüseyn Səfərov prosesi növbəti dəfə təxirə saldı". 

Bildirilib ki, növbəti məhkəmə prosesinin 24 fevral 2016-cı il tarixdə, saat 10:20-də keçiriləcək.

Onu da bildirək ki, ötən məhkəmə prosesində prokuror Sadiq Əkbərov Şirin Cəfərinin 5 il azadlıqdan məhrum edilməsini istəyib.