Dövlət Miqrasiya Xidmətində (DMX) növbəti kadr dəyişikliyi olub.
DMX-nın İctimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, I dərəcəli miqrasiya xidməti qulluqçusu, əməkdar jurnalist Füzuli İsmayılov vəzifəsindən azad edilib.
İdarənin rəis müavini vəzifəsinə Elnur Kələntərli təyin edilib.
Qeyd edək ki, Elnur Kələntərli 25 aprel 1976-cı ildə Bakı şəhərində doğulub. “Space” televiziya kanalında işləyib. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri vəzifəsində çalışıb/Report.