XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2018 - 18:36

BMT baş katibi:"Təkcə bu il dünyada azı 88 jurnalist öldürülüb"

Son on ildən bir qədər artıq müddətdə 1000 nəfərdən artıq jurnalist öz peşə borcunu yerinə yetirərkən həlak olub.

“Report” xəbər verir ki, bu barədə BMT baş katibi Antoniu Quterrişin Jurnalistlərə Qarşı Törədilən Cinayətlərə görə Cəzasızlığa Qarşı Beynəlxalq gün münasibətilə etdiyi müraciətdə deyilir.

Müraciətdə qeyd olunur ki, hər 10 cinayətdən 9-u açılmamış qalıb, cinayətkarlar isə məsuliyyətə cəlb edilməyib.

“Təkcə bu il azı 88 jurnalist öldürülüb. Bundan əlavə, minlərlə jurnalist hücumlara, təzyiqlərə məruz qalıb, həbs edilib və ya zəruri hüquqi prosedurlar həyata keçirilmədən saxta ittihamlarla azadlıqdan məhrum edilib. Bu, sadəcə, qəbuledilməzdir. Belə şeylər adi hala çevrilməməlidir. Jurnalistlər hədəfə tuş gəldikdə bunun cəzasını bütün cəmiyyət çəkir. Jurnalistlərə qarşı hücumların artması və cəzasızlıq mühiti məni dərindən narahat edir”, – BMT baş katibi bildirib.

O, hökumətləri və beynəlxalq ictimaiyyəti jurnalistləri qorumağa və peşə fəaliyyətlərini yerinə yetirmələri üçün onlara zəruri şərait yaratmağa çağırıb.