XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2018 - 16:14

Rauf Arifoğlu 29 yaşlı “Yeni Müsavat”ın bağlatdırılması ehtimalından danışdı:"Belə zəng gəlməz, gəlsə də, bağlanmaz" - VİDEO

Xəbər verildiyi kimi, bu gün “Yeni Müsavat” qəzetinin ilk sayının işıq üzü görməsindən 29 il keçir.

Bu hadisə SSRİ dönəmində, 1989-cu ilin noyabrında baş verib. Kustar üsulla hazırlanan, ancaq böyük tirajla xalq hərəkatının iştirakçıları arasında yayılan ilk nüsxənin çapından keçən bu 29 ildə “Yeni Müsavat” doğulan, yetkinləşən, uğurlar qazanan, adından söz etdirən bacarıqlı bir insanın ömrünü yaşayıb və yaşayır.

Bu gün artıq özündə bir neçə yaradıcı kollektivi birləşdirən media qrupuna dönən “Yeni Müsavat” qəzetinin rəhbəri Rauf Arifoğlu bu əlamətdar günlə bağlı Musavat.com saytının videokanal bölümünə müsahibə verib.

Strateq.az “Yeni Müsavat” Media Qrupunu bu münasibətlə təbrik edərək, Rauf Arifoğlunun çoxsaylı və maraqlı suallara həm də maraqlı cavablarının əks olunduğu müsahibəsini təqdim edir: