XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

17 Fevral 2016 - 18:18

Azərbaycan Nəşriyyatı “Azadlıq”ın çapını sabahdan dayandırır –Səbəb

Bu gün Azərbaycan Nəşriyyatının rəhbərliyi “Azadlıq” qəzetinə məktubla müraciət edib.

Nəşriyyatın rəhbərliyi bildirir ki, “Azadlıq” qəzetinin 2016-cı ilin fevralın 1-nə qədər çap xərclərinə görə Nəşriyyata olan borcu 18342 manat təşkil edir.

Bununla yanaşı, qəzetin kommunal xərclər üzrə borcu 1064 manatdır. Məktubda daha sonra bildirilir ki, borcların ödənilməyəcəyi təqdirdə fevral ayının 18-dən etibarən “Azadlıq” qəzetinin çapı mümkün olmayacaq.

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Nəşriyyat rəhbərliyinin bu tələbilə bağlı bildirib ki, belə bir vəziyyət redaksiyanın iradəsindən asılı olmadan yaranıb: 

“Məsələ burasındadır ki, “Qasid” mətbuat yayım firması “Azadlıq” qəzetinə olan 69000 manat borcunu ödəməkdən imtina edir. Bu yandan da ikinci devalvasiyadan sonra kağız pulu və çap xərci kəskin bahalaşıb. Başqa bir ciddi problem reklam bazarının üzümüzə bağlı olmasıdır. Bütün bunların nəticəsində redaksiya ağır maliyyə böhranı şəraitində fəaliyyət göstərir”.

Rahim Hacıyev qeyd edib ki, redaksiya ağır maddi çətinlikdədir və kollektiv hazırda simvolik maaşla fəaliyyətini davam etdirir:

“Etiraf etməliyəm ki, qəzetin redaksiyası üçün Nəşriyyat rəhbərliyinin bu tələbini yerinə yetirmək olduqca çətindir. Ümüd edirəm ki, sədaqətli oxucuların köməyi ilə qəzetin fəaliyyətinin davam etdirilməsi mümkün olacaq”.