XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 November 2018 - 17:58

Bakı Şəhər İcra Hakimiyyətində yeni təyinat –İsrafil Kərimov mətbuat katibi təyin olundu

Səbail rayon İcra Hakimiyyətinin məsul əməkdaşına Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) vəzifə verilib.

Strateq.az xəbər verir ki, BŞİH başçısı Eldar Əzizovun əmri ilə İsrafil Kərimov meriyanın mətbuat xidmətinin rəhbəri təyin olunub.

Məlumat üçün bildirək ki, İsrafil Kərimov Bakı şəhərində anadan olub. O, 190 saylı orta məktəbi və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə Xalça Muzeyində başlayıb.

Sovet ordusunda və Milli orduda xidmət edib. Bakı Məişət Kondisionerləri Zavodunda əvvəlcə fəhlə, sonra isə zavodun komsomol komitəsinin katibi işləyib. O, həmçinin Nərimanov və Səbail rayonlarının İcra hakimiyyətlərində çalışıb.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır.

Ailəlidir, iki övladı var.