XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

27 Aprel 2015 - 10:15

Vüqar Səfərli: “Jurnalist Evi” 2016-cı ildə təhvil veriləcək – AÇIQLAMA

bina.jpg

“Jurnalistlər üçün tikilən binanın təhvil verilməsi növbəti il üçün nəzərdə tutulur”.

Strateq.az bildirir ki, bu sözləri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli musavat.com-a açıqlamasında bildirib.

V.Səfərli vurğulayıb ki, hazırda tikinti işləri davam edir: “Jurnalistlər üçün tikilən binada işlər dayandırılmayıb, davam edir. Ancaq onu demək çətindir ki, bina bu ilin sonuna qədər təhvil veriləcək ya yox… İş gedir. Binanın təhvil verilməsi növbəti il üçün nəzərdə tutulur. Biz istəyirdik ki, ilin sonuna qədər yekunlaşsın, görək necə olacaq”.

Yeni tikilən bina 17 mərtəbədən, 3 blokdan, 255 mənzildən ibarət olacaq.

Xatırladaq ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.