XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2015 - 13:13

ATV prezidentindən BDU tələbələrinə irad – Vüqar Qaradağlı çağırış etdi
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində televiziyada praktik iş fənnindən tələbələrin yekun işlərinin təqdimatı keçirilib.
Universitetdən Strateq.az-a verilən məlumata görə, mərasimdə tələbələrin hazırladığı “Ana xəbər” bülleteni və bir neçə sosial çarx nümayiş etdirilib.
Təqdimatda “Azad Azərbaycan” televiziyasının prezidenti Vüqar Qaradağlı, fakültə dekanı Şamil Vəliyev, teleradio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova və fakültənin professor-müəllim heyəti iştirak edib.
Tələbələrin də iştirak etdiyi tədbirdə Vüqar Qaradağlı gənc jurnalistlərin fəaliyyətini uğurlu hesab edib, eyni zamanda, tələbələrə öz təklif və iradlarını da bildirib. “Ana xəbər” bülletenin düzgün qurulmadığını bildirən Vüqar Qaradağlı tələbələri “Azad Azərbaycan” televiziyasında praktik təcrübəyə dəvət edib.
Strateq.az