XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 13:23

Rəsmi Kreml Türkiyədəki terrorla bağlı susur,bəs, Rusiya qəzetləri nə yazırlar?

qazetler-rusiya

Məlum olduğu kimi, dünən gecə Türkiyənin paytaxtı Ankaranın mərkəzində hərbçiləri hədəf alan terror aktı törədilib. Terror nəticəsində 28 nəfərin öldüyü, 61 nəfərin yaralandığı bildirilir.

Keçən ilin noyabr ayında Suriya ilə sərhəddə rus təyyarəsinin vurulması ilə başlayan rus-türk "soyuq müharibəsi"ndən sonra Rusiya mediasında antitürk isteriyası hələ də davam etməkdədir.

Ankara terrorunu bütün dünyanın qınadığı və Türkiyəyə dəstək verdiyi bir gündə rus mediasının bu hadisəni necə işıqlandırdığını oxucularımıza çatdırmaq istədik.

Rusiyanın ən populyar KİV-i sayılan "Ria Novosti" bu xəbəri "Ankaradakı terror aktını suriyalı kamikadze törədib" başlığı ilə yaydı.

Rusiyanın "Rosbalt" informasiya agentliyi isə Ankara terrorunu "Terrordan sonra Ağ Ev Türkiyəni dəstəklədi" başlığı ilə yaydı.

Rusiyanın ən populyar informasiya portallarından olan Gazeta.ru isə hadisəni "Türkiyədəki terrorda onlarla insan öldü" başlığı ilə işıqlandırdı.

Ən çox tirajlı qəzet olaraq Rusiyanın aparıcı KİV-lərindən sayılan "Komsomolskaya pravda" isə "Ankaranın mərkəzində bomba yüklənmiş avtomobil partladı" başlığı altında Türkiyədə baş vermiş dəhşətli terror aktını oxucularının diqqətinə çatdırdı.

Rusiyanın digər media orqanlarında isə bu terror aktı haqda xəbər demək olar ki, yer almayıb.

Əksər dünya ölkələrinin rəhbərliyi səviyyəsində Türkiyəyə başsağlığı və dəstək mesajlarının gəlməsinə baxmayaraq, Kreml hələ ki hadisəyə rəsmi münasibət bildirməyib.

Olke.az