XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 17:16

Həbsdə olan Rauf Mirqədirovun səhhətində problem yaranıb

rauf

 

Dövlətə xəyanətdə təqsirləndirilərək həbs edilən jurnalist Rauf Mirqədirovun səhhətində problem yaranıb.

Trend-in məlumatına görə, bu barədə R.Mirqədirovun vəkili Fuad Ağayev bildirib.

Vəkil deyib ki, R.Mirqədirov qan təzyiqindən əziyyət çəkir. Hazırda o, dərmanlar qəbul edir, beyindaxili qan təzyiqini normada saxlamaq üçün müalicə alır. Onun həbsxana şəraitində müalicəsi çətindir.

Xatırladaq ki, R.Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.