XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

28 Noyabr 2018 - 14:46

“Seçicilər niyə avtobuslarla regionlara aparılır” sualını verən jurnalisti döydülər –Gürcüstanda

Gürcüstan Daxili İşlər Nazirliyi prezident seçkilərinin ikinci turu zamanı “Pirveli” telekanalının əməkdaşına fiziki təzyiq edilməsi ilə bağlı istintaq başladıb.

Teleqraf.com xəbər verir ki, jurnalistə paytaxt Tiflisdə keçmiş prezident Mixail Saakaşvilinin partiyasının əleyhinə keçirilmiş mitinqdə təzyiq edilib.

Jurnalist 2 qadına seçicilərin avtobuslarla niyə regionlara aparılması və onların harada qeydiyyatdan keçdiyi haqda sual verib.

Jurnalistin hərəkətlərindən qıcıqlanan qadınlar telefonunu əlindən alaraq, onu vurmağa başlayıblar.

Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi (“ Zorakılıq”) üzrə istintaq başlayıb. Lakin DİN jurnalistin adını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, bu gün Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilir.