XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2018 - 03:13

Mustafa Hacıbəyliyə cinayət işi qaldırıldı –İki jurnalist polis nəzarətinə verildi

“Bastainfo.com” saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyliyə Bakı Şəhər Prokurorluğunda cinayət işi açılıb.

Müsavat Partiyasının məlumatına görə, Mustafa Hacıbəyli noyabrın 30-da Bakı Şəhər Prokurorluğunun müstəntiqi Elçin Musayevin çağırışı ilə həmin qurumda olub.

Cinayət işi barəsində jurnalistə orda məlumat verilib.

Mustafa Hacıbəyli barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılır.

Prokurorluq həmçinin Mustafa Hacıbəyli haqqında polis nəzarətinə götürmə tədbiri seçib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Mustafa Hacıbəyliyə cinayət işi açılmasını hakimiyyətin partiyaya qarşı basqısı kimi dəyərləndirib. O, jurnalistin başqa KİV-lərdə yayılmış məlumatları təkrar yaymasına görə, ittiham edildiyini vurğulayıb:

“Ölkədə baş verən, hər kəsə bəlli olan hadisə, həbs edilən müxalifətçilər barədə məlumat vermək cinayət hesab olunub. İlkin mənbə və müəlif hüququna malik qurumdan, hətta izahat alınmadığı halda, bu yazıları istinad edərək dərc edən saytın baş redaktorunun ağır çinayətdə ittiham olunması Azərbaycan mühakimə sistemi üçün də əndazəni aşan davranışdır”.

Bu gün, noyabrın 30-da daha bir jurnalistə, criminal.az saytının baş redaktoru Anar Məmmədova da ittiham elan edilib, barəsində polis nəzarətinə verilmə tədbiri seçilib. Ona qarşı irəli sürülən ittihamların ağırlaşdırıldığı bildirilib.

Anar Məmmədov barəsində də Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılır.

Azadlıq Radiosu