XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

19 Fevral 2016 - 10:39

Teleaparıcıya vəzifə verildi –Açıqlama

sefa-mehmanqizi

 

Prezident İlham Əliyevin 2015-ci ilin dekabrın 21-dəki fərmanı ilə yeni yaradılan, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyinatı olub.

Strateq.az  milli.az-a istinadən xəbər verir ki, Agentliyin baş direktoru Vüsal Kərimlinin müvafiq əmri ilə bu vazifəyə Şəfa Mehman qızı Cəbiyeva (Şəfa Mehmanqızı) təyin edilib.

Faktı Şəfa Mehmanqızının özü də təsdiq edib: "Bəli, bu xəbər doğrudur. Yeni vəzifəmin icrasına dünən, fevralın 18-dən başlamışam. Çalışacağam ki, yeni vəzifəmdə də mənə göstərilən etimadı doğruldum".

Qeyd edək ki, Şəfa Mehmanqızı 3 il yarımdan çox müddətdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis, daha sonra şöbənin rəhbəri kimi çalışıb. Bu il yanvarın 25-də isə öz ərizəsi ilə işdən azad olunub. 

Ondan daha əvvəl isə Ş.Mehmanqızı 2013-cü ilin iyun ayınadək Xəzər Televiziyasında "Bizim gün" səhər proqramının aparıcısı kimi fəaliyyət göstərib.