XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2018 - 20:27

Elçin Əlibəylinin aparıcısı olduğu veriliş bağlandı:"Səbəbini layihənin sahibi "Azərxalça" ASC daha dəqiq bilir"

Elçin Əlibəylinin aparıcısı olduğu “Sehrli ilmələr” verilişi həmişəki vaxtda, şənbə günü saat 12:00-da yayımlanmayıb.

Strateq.az xəbər verir ki, metbuat.az bununla bağlı Elçin Əlibəyli ilə əlaqə saxlayıb və o, xəbəri təsdiqləyib, amma əsas səbəbi açıqlamayıb.

Açıqlama vermək səlahiyyətində olmadığını deyən aparıcı səbəbi Space TV- və layihənin sahibi “Azərxalça” ASC-nin daha dəqiq bildiyini söyləyib.

Space TV-nin icraçı direktoru Kamil Şahverdiyev isə qeyd edib ki, layihə 1 aylıq nəzərdə tutulduğu üçün dayanıb.

O, həmçinin bildirib ki, 2019-cu ildə layihə yenidən davam edə bilər.