XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

10 Dekabr 2018 - 12:37

Dünya əhalisinin yarıdan çoxu internetdən istifadə edir –Planet şəbəkələşir

Beynəlxalq Telekommunikasiya İttifaqının son hesabatına görə, ilk dəfədir ki, dünyada qlobal əhalinin yarısı internetdən istifadə edir. Qeyd edilir ki, ilin sonunadək bu göstərici 3.9 milyard nəfər olacaq.

Strateq.az “Amerikanın Səsi”nı istinadən bildirir ki, hesabatda informasiya və kommunikasiya texnologiyalardan istifadənin yuxarıya doğru istiqamət aldığı bildirilir. İnkişaf etmiş ölkələrdə onlayn populyasiyası ümumi əhalinin 80 faizindən artıqdır.

Lakin eyni zamanda inkişaf etməkdə olan ölkələrdə də onlayn istifadəçilərin sayı davamlı şəkildə artmaqdadır. Əgər bu göstərici 2005-ci ildə 7.7 faiz təşkil edirdisə, hazırda bu rəqəm 43.5 faizlə ölçülür.

Beynəlxalq Telekommunikasiya İttifaqının bildirdiyinə görə, Afrika regionu ən yüksək artıma malikdir. Afrikada 2005-ci ildə əhalinin 2 faizi internetdən istifadə edirdisə, 2018-ci ildə bu göstərici 25 faiz təşkil edib.

Hesabatda deyirlir ki, ən aşağı artım Avropa və Amerikalarda müşahidə edilir. Ən aşağı istifadə göstəriiciləri isə Asiya Sakit okeanı hövzəsinin payına düşür. Son statistik göstəricilərə görə, mobil telefonlar telekommunikasiya xidmətlərinin ən çox istifadə edildiyi platformadır.