XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2018 - 17:53

Rusiyada Google axtarış sistemi bloklana bilər –Dövlət Komitəsi xəbərdarlıq etdi

Rusiyada  Google axtarış sistemi bağlana bilər.

Strateq.az İnterfaks”a istinadən bildirir ki, bu barədə “Roskomnadzor”un direktor müavini Vadim Subbotin bildirib: “Google şirkətinin bizim ölkədə qadağan olunmuş axtarış kontenlərinin filtrdən keçirilməsi ilə bağlı tələbimizi rədd edəcəyi təqdirdə müvafiq qanuna axtarış sistemini bloklamağa imkan dəyişiklik ediləcək”.

Subbotin deyib ki, hazırda qanunda bloklama ilə bağlı qayda yoxdur: “Amma biz dalana dirənsək o zaman qanun yolu ilə bunu etmək imkanımız var. Əgər dövlət görəndə ki, xarici şirkət Rusiya qanunvericiliyinə əməl etmir, o zaman qanuna dəyişiklik edir. Rusiya qanunlarına əməl etməməyə görə ağır cəza var-Bloklamaq!”

Müvafiq dəyişiklik “İnformasiya Haqqnda” Qanuna edilə bilər. Subbotin qadağan olunmuş axtarış kontentlərini sadalayıb: Bunlar uşaq pornoqrafiyası, intihar, narkotik, azart oyunları, ekstermizim və terrorizim təbliğidir: “Bunlar bizdə qadağan olunub. Biz Google-dən bunları filtrdən keçirməyini istəyirik”.

Xatırladaq ki, dünən Komitə Google-ni bu tələbdən imtinasına görə 500 min rubl cərimə edib.