XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Dekabr 2018 - 23:30

Ermənistanda sonuncu rusdilli televiziya proqramı bağlanıb

Ermənistanda”Nə? Harda? Nə vaxt” televiziya proqramı yeni mövsümdən sırf erməni dilində yayımlanacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın təhsil və elm naziri səlahiyyətlərini icra edən Araik Arutyunyanbildirib.

“Layihə yeni mövsümdən sırf erməni dilindəefirə çıxacaq. Hökumət proqram üçün 17 milyon dram (təxminən 35 min dollar) vəsait ayıracaq. Mən təşkilatçıları dəfələrlə oyunu rus dilində apardıqlarına görə tənqid etmişəm”, – deyə Arutyunyan özünün “facebook” səhifəsində yazıb.

Bununla da Ermənistanda rus dilində çıxan sonuncu televiziya proqramı bağlanıb.

Bir neçə gün əvvəl məlum olub ki, Ermənistanı tərk edərək Rusiyada vətəndaşlıq alan ermənilərin sayı artıb.