XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 15:36

 Ermənistan İctimai Radiosunun icraçı direktoru:"Otağıma soxulub istefa verməyimi tələb etdilər"

Ermənistan İctimai Radiosunun icraçı direktoru Mark Qriqoryanı istefa verməyə məcbur ediblər.

Bu barədə o, “Facebook” səhifəsində yazıb.

“Onlar mənim otağıma soxulub istefa verməyimi tələb etdilər. Səbəbini soruşduqda “hamısı orada yazılıb” dedilər. Mən imzasız kağıza qol çəkməyəcəyimi söylədim. Sonra hay-küy səsləri eşitdim. Onlarla danışmağın mənasız olduğunu gördüm. Bütün bunlar mənə çox iyrənc göründü. Fiziki olaraq iyrəndim. Bir neçə saatdan sonra istefa ilə bağlı ərizəmi yazdım”, – deyə Mark Qriqoryan bildirib/Report.