“Evdə tək” filmində baş rolda çəkilən aktyor Makoley Kalkin yenidən komediyadakı səhnələri təkrarlayıb. Bu dəfə aktyor “Google”un milad reklamında çəkilib.
Trend-in məlumatına görə, reklam “Google”un “YouTube”dakı rəsmi portalında yerləşdirilib.
Çarx “Google” köməkçisi ilə yenidən “evdə tək” adlanır. Burada böyümüş Kevin Makkallister (red. – filmin baş qəhrəmanı) Milad Bayramı ərəfəsində evdə tək qalır və bütün məişət məsələlərində ona artıq “Google” səsli köməkçisi və “ağıllı ev” sistemi kömək edir.