XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2018 - 00:15

Vüsalə Mahirqızı yeni sayt yaratdı:"Hər kəsin haqqını tanımaq lazımdır..."

Fəaliyyətini dayandıran “APA Holdinq”in keçmiş rəhbəri Vüsalə Mahirqızı tibb sahəsi üzrə ixtisaslaşmış sayt açıb.

Strateq.az  xəbər verir ki, bu barədə o, “Feysbuk”dakı səhifəsində yazıb.

V.Mahirqızı bildirib ki, “e-tibb.az” adlı saytın rəhbəri APA-da Baş direktorun müavini olmuş Nurşən Quliyev olacaq: “Bu biznes layihəsinin rəhbəri Nurşən Quliyevdir. Nurşən, ya mən, elə fərq etməz, amma hər kəsin haqqını tanımaq lazımdır…”.