XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

01 Yanvar 2019 - 14:57

Əməkdaşlarla kobud davranan mətbuat katibi işdən qovuldu –Pentaqonun yeni sözçüsü bəlli oldu

Uzun müddətdir aşağı vəzifəli əməkdaşlara qarşı kobud davranışları ilə gündəmdə olan ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Dana Uayt Müdafiə naziri Ceyms Mettsin istefasından sonra tutduğu vəzifədən uzaqlaşdırılıb.

Uaytı bu postda Çarlz E.Sammers əvəz edəcək.

Sammers bura qədər Dana Uaytın köməkçisi vəzifəsini yerinə yetirib.

Uaytı isə bu postdan Ceyms Mettsin yerinə təyin edilən Patrik Şanaxanın uzaqlaşdırıldığı bildirilir.

Qeyd edək ki, Ceyms Metts Prezident Donald Trampın Suriyadakı ABŞ hərbi qüvvələrini geri çəkmək qərarına etiraz olaraq istefa vermişdi/Teleqraf.com.