XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Yanvar 2019 - 13:45

Abşeronda jurnalistin evi qarət olundu –Televizor, pul və rəsmi sənədlər aparılıb

Abşeron rayonunda jurnalistin evi qarət olunub.

Bu barədə Trend-ə ev sahibi, “Telegraf.com” saytının əməkdaşı Hacı Zeynalov məlumat verib.

Jurnalist bildirib ki, Abşeron rayonunun Saray qəsəbəsindəki evi qarət edilib: “Dekabrın 21-də ailəmlə birlikdə evdən çıxmışıq. Ayın sonunda evə gələndə məlum oldu ki, naməlum şəxslər pəncərəni sındırıb evə daxil olublar. Hadisə nəticəsində evdən 500 manatdan artıq pul, televizor, məişət əşyaları, mənzilimin və uşaqlarımın sənədləri olan çamadanı aparıblar. Ümumilikdə, mənə 1500 manatdan artıq maddi ziyan dəyib”.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb.