XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2019 - 19:20

Makronun sözçüsü istefa verdi –Səbəb

Yelisey sarayının mətbuat katibi və Fransa Prezidenti Emmanuel Makronun ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Silven For istefa verib.

Bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Ehtimala görə, Silven Forun qərarına prezidentlə münasibətlərinin pisləşməsi təsir edib. Silven For isə istefa addımını özünü ailəsinə həsr etmək niyyətində olması ilə əsaslandırıb. Makronun dostu sayılan For prezidentə qarşı tamamilə loyal münasibətdə olduğunu söyləyib.

Nəşrin yazdığına görə, Emmanuel Makronun administrasiyası onu fikrindən daşındırmağa çalışsa da, yanvarın sonunda Yelisey sarayını tərk etməkdə israrlı olduğunu deyib. Silven For bundan sonra özəl sektorda çalışacağını və istirahətə daha çox vaxt ayırmaq istədiyini bildirib.

Qeyd edək ki, Silven For Fransa prezidentinin 300-dən çox nitqinin mətnini yazıb/Teleqraf.com.