XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

08 Yanvar 2019 - 13:50

Xaşuqcinin qətlinin əsas şübhəlisi yoxa çıxıb –Vəliəhdin müşavirinin aqibəti bəlli deyil

Səudiyyəli müxalif jurnalist, “Vaşinqton Post” qəzetinin yazarı Camal Xaşuqcinin qətlinin başlıca şübhəlisi sayılan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn-Salmanın əsas müşaviri Səud əl Kahtanidən xeyli vaxtdır heç bir xəbər yoxdur.

“Haber7” xəbər verir ki, onun aqibəti məlum deyil.

Sonuncu dəfə o, krallığın paytaxtı Ər-Riyaddakı məhkəmənin binasında görünüb.

Qeyd edək ki, ABŞ Səudiyyə Ərəbistanının 17 vəzifəli şəxsinə sanksiya tətbiq edib. Onların arasında Kahtaninin də adı var.

Report