XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

22 Fevral 2016 - 18:39

AzTV sədri ilə Qulu Məhərrəmlinin qarşıdurması şiddətləndi –Arif Alışanov məhkəməyə üz tutdu

arif-alisanov

 

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanov tanınmış telejurnalist, AzTV-nin "Səhər" proqramının keçmiş rəhbəri Qulu Məhərrəmlini məhkəməyə verib.

 

Strateq.az unikal.org-a istinadən xəbər verir ki, A.Alışanov Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında Nəsimi rayon Məhkəməsində iddia irəli sürüb. Buna səbəb Q.Məhərrəmlinin moderator.az və bir neçə başqa media qurumlarında yayılan və AzTV sədrinə qarşı  olan müsahibəsindəki fikirlər olub.

 

Bu səbəbdən də Arif Alışanov sözügedən saytla da bağlı iddia qaldırıb.

 

Məsələylə bağlı açıqlama verən AzTV-nin sözçüsü rəhbəri Xatirə Qasım Arif Alışanovun artıq məhkəməyə müraciət etdiyini təsdiqləyib: 

"Arif Alışanov 39 ildir ki, bu sahədə çalışır, amma indiyə qədər bu cür məsələlərdə adı hallanmayıb. Heç vaxt məhkəməyə müraciət etməyib. Amma adını jurnalist qoyan Qulu Məhərrəmli həm Arif Alışanovu, həm də yüzlərlə AzTV əməkdaşını təhqir edib. Ona görə də qanun qarşısında cavab verməlidir”.