XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2019 - 11:01

Dünya futbolundakı korrrupsiya hallarını aşkarlayan sayt rəhbəri tutuldu –İttiham

“Football Leaks” layihəsinin təsisçisi Rui Pintu həbs olunub.

Portuqaliyalı haker Macarıstanın paytaxtı Budapeştdə saxlanılıb. O, Lissabonun “Benfika” klubunun elektron sənədlərini oğurlamaqda ittiham olunur. Bu səbəbdən, Pintunun vətəninə ekstradisiya ediləcəyi bildirilir.

Günahı sübuta yetiriləcəyi təqdirdə, hakerin 10 il müddətinə azadlıqdan mərhumetmə cəzası alması mümkündür.

Qeyd edək ki, Rui Pintu redaksiyası Budapeştdə yerləşən “Football Leaks” nəşrini 2015-ci ildə təsis edib. Bu sayt futbol sektorunda məxfi maliyyə sənədlərini dərc etməklə məşhurlaşıb. Həmin sənədlər arasında FIFA-da korrupsiya hallarının olması da əksini tapıb.

Report