BMT-nin məhkəməsiz və kütləvi edamlarla bağlı xüsusi məruzəçisi Anyes Kallamar səudiyyəli jurnalist Camal Xaşuqcinin İstanbulda oktyabr ayında qətlə yetirilməsilə bağlı “müstəqil beynəlxalq istintaq”a qiymət vermək üçün gələn həftə Türkiyəyə gələcək.
“Reuters” xəbər verir ki, A.Kallamar 28 yanvar – 3 fevral tarixlərində həyata keçiriləcək səfərin nəticələri barədə iyun ayında BMT İnsan Hüquqları Şurasının iclasında müzakirə olunacağını diqqətə çatdırıb/Report.